Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Dörd kəndə gedən yolun təmiri bitdi

<b>Dörd kəndə gedən yolun təmiri bitdi</b>

Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarında aparılan işlər yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən veriən məlumata görə, təmir işləri aparılan yollar Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarıdır.
Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub.
Əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün Agentlik tərəfindən həyata keçirilən layihə yüksk səviyyədə yekunlaşıb.
Layihə çərçivəsində Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv