Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Usubov saatsazın oğluna vəzifə verdi

<b>Usubov saatsazın oğluna vəzifə verdi</b>

Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib

Saatsaz Hacı Fətəliyev APA-ya bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.
H. Fətəliyev oğluna göstərilən etimada görə, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışmış C. Fətəliyev bir müddət əvvəl xidməti avtomobili ilə qəza törətdiyi üçün işdən çıxarılıb.
Həmin vaxtı atası C. Fətəliyevin işdən çıxarılmasını başqa səbəblərlə əlaqələndirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv