Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Hokinqdən şok: İnsanlar 200 ildən sonra...

<b>Hokinqdən şok: İnsanlar 200 ildən sonra...</b>

Qlobal istiləşmənin davam etməsi Yer üzündə həyatı dözülməz hala salacaq

Axar.az xəbər verir ki, ingilis fizik Stiven Hokinq belə davam edəcəyi təqdirdə Yerin Veneranın taleyini təkrar edəcəyini bildirib:
“İstixana effekti problemi həll olunmadığı təqdirdə Yeri Veneranın taleyi gözləyir. NASA-nın araşdırmalarına əsasən, dörd milyard il bundan əvvəl Venera Yerə bənzəyirdi. Belə ki, bu planetdə su, bitki örtüyü və hazırkı temperatura uyğun hava mövcud idi. Lakin atmosferdə istixana qazlarının yığılması Veneranı 460 dərəcə selsiyə qədər qızdırmışdı. Yerin yaşının 4,5 milyard il olduğunu nəzərə alsaq, 200-500 ildən sonra insanlar yeni “ev” axtarmağa məcbur olacaqlar”.
Qeyd edək ki, bundan öncə Stiven Hokinq insanlığın 2060-cı ildə məhv olacağına dair proqnoz vermişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv