Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
DÜNYA

İran hadisələri: həbsxanada ölənlərin sayı 5-ə çatdı

<b>İran hadisələri: həbsxanada ölənlərin sayı 5-ə çatdı</b>

İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb

Axar.az xəbər verir ki, bunu “Azadlıq radiosu”nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib.
“Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə etiraz aksiyalarında iştirak edən 22 yaşlı etirazçı Sina Qənbərinin işgəncələr altında qətlə yetirilməsinə dair məlumat yayılıb. Bu məlumatı sonradan İran rəsmiləri də təsdiqləyib. Onlar Qənbərinin özünü ayaq yolunda asaraq öldürdüyünü bildiriblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv