Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
İQTİSADİYYAT

İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

<b>İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub </b>

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb

Görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv