Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Prezidentdən şok qərar: Qiymətlər 2 dəfə artdı

<b>Prezidentdən şok qərar: Qiymətlər 2 dəfə artdı</b>

Türmənistan polisi ölkə yollarında ağ rəngli avtomobillərdən başqa bütün maşınları saxlamağa başlayıb

Axar.az xəbər verir ki, saxlanılan avtomobillər heç bir səbəb gətirilmədən cərimə meydançalarına aparılırlar. Polis daha sonra sürücülər qarşısında şərt qoyaraq onların ya avtomobillərini ağ rəngə boyamalarını, ya da ki, sürücülükdən imtina etməsini istəyir.
Hökumətin yeni tələbi artıq avtoservislərdə də özünü göstərməyə başlayıb. Ölkədə maşın rəngləməsinin qiyməti 500 dollardan 1000 dollara qədər artıb.
Qeyd edək ki, Türkmənistanda tünd rəngli avtomobillərin istifadəsinə yanvarın 2-də prezident Qurbanqulu Berdıməhəmmədov tərəfindən qadağa qoyulub. Prezidentin əmri ilə ölkə vətəndaşlarına bundan sonra yalnız ağ rəngdə avtomobil istifadə etmələrinə icazə verilib. Mətbuatın iddiasına görə, türkmən lider bu addımı ağ rəngin uğur gətirəcəyinə inandığına görə atıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv