Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Bakıda silahlı şəxs tutuldu

<b>Bakıda silahlı şəxs tutuldu</b>

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib

DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv