Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
HADİSƏ

Artıq Cocuq Mərcanlıya rahat getmək olacaq - Foto

<b>Artıq Cocuq Mərcanlıya rahat getmək olacaq - Foto</b>

Cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan işlər yekunlaşdırılıb.
Belə ki, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. I hissə 113-138 km arası məsafəni, II hissə isə 138-177 km məsafəni əhatə edir.
Ümumilikdə yolun 500 min m2-dən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənib.
Yolun üzərində yerləşən 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin təmiri də yekunlaşdırlıb.
Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv