Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
QHT XƏBƏR

Xəlil Rzanın təhqir olunmasına etiraz

<font color=red><b>Xəlil Rzanın təhqir olunmasına etiraz</b></font>

Niyaməddin Orduxablı: "Tarixi şəxsiyyətlərimizin təhqir olunmamasına qarşı Cinayət Məcəlləsinə maddə əlavə olunsun"

Jurnalist Kəramət Böyükçölün facebook sosial şəbəkəsində mərhum xalq şairi Xəlil Rza Ulutürkün ünvanına yazdığı “ Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onu barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi doğru deyil. Hər halda mübarizəsi var idisə də, istedadsızlığından irəli gəlirdi. Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin harada idi? Xəlil Rza anlamırdı ki, KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurur. Gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bununla da KQB-yə xidmət etmiş olurdu. Harda gördün erməni vur başına gülləni, hava yaman soyuqdur, ermənilər toyuqdur və s. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam iki xalqı vuruşduran üçüncü imperialist bir ölkənin olduğunu görmürdü. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxıldı. Və təəssüf ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu.” statusu cəmiyyətdə çox kəskin ehtirazla qarşılanıb.

Bununla bağlı BayMedia-ya açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, jurnalist Kəramətin 1988-ci illərdə Azərbaycan Xalq Hərəkatının ən aparıcı simalrından biri olan, dəyərli aydınımız Xəlil Rza Ulutürk haqqında yazdığı status həddindən artıq hiddət doğurur:
“Mərhum şairimiz Azərbaycanın müstəqilliyi uğrunda sovetin ən ağır türməsində yatıb. Övladı Qarabağ uğrunda şəhid olub. Həm də şəhid atasıdır. Bu münasibət kimə lazımdır? Və bu nəyə xidmət edir?! Çox təəssüf. Mən də buna öz feacebook profilimdə ehtiraz etmişəm. Bilirsiniz, bir vaxtlar manıs tayfası hər cür yola əl atırdı ki, gündəmdə olsunlar. İndi də bu tip gənc yazarlar gündəmdə qalmaq üçün manısların yolu ilə gedirlər. Və daha çox mansılara oxşamaq istəyirlər. Elza kimi manıslardan söhbət gedir. Ola bilsin ki, bu statusu yazanda sərxoş olurlar, nə yazdıqlarının fərqində olmurlar. Düşünürəm ki, bütün bunların qarşısının alınması üçün hörmətli millət vəkilərimiz tarixi şəxsiyyətlərimizin təhqir olunmaması üçün Cinayət Məcəlləsinə əlavələr etməlidirlər. Millət vəkilərimizin böyük əksəriyyəti də facebook-dadırlar. Özləri də baş verənləri görür. Ümumiyyətcə, tez-tez rast gəlirik bu cür xoşagəlməz hala. Kimi özünü reklam etdirmək üçün, kimisə başqa bir məqsəd üçün tarixi şəxsiyyətlərimizi aşağlayır. Bunun qarşısının alınması üçün mütləq cəza növü müəyyənləşdirilməlidir. Yoxsa, bunlar düzələn deyil. Xalqımızın, millətimizin tabularına dəymək, təhqir etmək yolverilməzdir!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv