Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
SİYASƏT

Çörək ermənilər üçün Qarabağdan şirindir – Zahid Oruc

<b>Çörək ermənilər üçün Qarabağdan şirindir – Zahid Oruc</b>

Ermənistan indi daha çox 90-cı illərin Azərbaycanını xatırladır

Xalqı böyük illüziyalarla Avrasiya İttifaqına qoşduqdan sonra hökumət indi guya daxili bazarı qorumaq adı ilə müxtəlif vergi qanunvericiliyində, o cümlədən, aksiz dərəcələrdə dəyişikliyə getməyə məcbur olub. Bu isə özlüyündə benzinin, sıxılmış qazın və dizel yanacağının artmasına səbəb olub. İqtisadiyyat dayanıqlı olmadığından çox kiçik dəyişikliklər avtomatik bütün sahələrə sirayət edib.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, 2018-ci ildən Ermənistanda əksər qida məhsullarının qiymətinin qalxmasının səbəbi ilk növbədə hakimiyyətin on illər ərzində yürütdüyü siyasətlə bağlıdır:
“Bunun özünəməxsus səbəblərini araşdırarkən daha köklü məsələlər üzərində dayanmaq önəmlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatı normal qanunlar əsasında işləmir. Yəni bir ölkənin regional işğal siyasətini aparıb, həm də qapalı bir hövzədə hansısa rifah yaratması qeyri-realdır.
İkincisi, işğalçı ölkədə iqtisadiyyat müharibənin tələblərinə tabe etdirilib. I Qarabağ savaşı nəticəsində formalaşmış hakimiyyət orqanları Qərb iqtisadi təmayüllərindən uzaqdırlar. Digər tərəfdən isə aparıcı ali təhsil müəssisələrini qurtarmış şəxslərin düşüncə sistemləri iqtidarın siyasətində özünü nəzərə aldıra bilmir. Belə olan təqdirdə iqtisadiyyat silahlı qüvvələr kimi idarə edilə bilməz. Burada zor, dəyənək, amiranəlik keçmir, belə hökmlər dərhal özünü müsbət şəkildə əks etdirmir. Bu gün Ermənistanda əksər siyasi qüvvələr şəraitdən narazıdırlar, lakin onların irəli sürdüyü alternativlər Levon Ter-Petrosyanı çıxmaq şərtilə bu gün dövlətin rəhbərliyində dayanan şəxslərdən fərqlənmir. Belə olan halda da bahalaşma dalğası da ilk növbədə iqtisadiyyat sistemində çöküşə və bir sıra sektorlarda ciddi böhranlara səbəb olacaq”.
Millət vəkili hesab edir ki, Ermənistanda 800 adda məhsulun hamısının qiymətində qeydə alınan dəyişikliklər həssas sosial təbəqələri, ehtiyaclı insanları ağır suallar qarşısında qoyacaq, oliqarxik sistemləri isə daha da gücləndirəcək:
“Yəni kasıbların yoxsullaşması, varlıların öz gəlirlərini bir qədər də artırması fonunda cəmiyyətdə qütbləşmə daha da dərinləşir. Bu tendensiyanı hiss edən parlament qüvvələri həmin dalğanın ciddi toqquşmalara səbəb olmaması üçün müxtəlif çağırışlar edirlər. Görünən odur ki, Ermənistan hakimiyyətinin uzun illər Qarabağı mühüm bir tutarqa kimi istifadə etməsi əvvəlki effekti vermir. Ermənistanda çörək adi vətəndaşlar üçün Qarabağ ideologiyasındən daha şirindir. Məhz bu sosial şərait eyni zamanda, Azərbaycanla aparılan müharibəyə də mənfi təsir göstərir. Bu sosial gərginlik həm də siyasi nəticələr doğurur. Çünki hakimiyyət əleyhdarları apreldə keçiriləcək seçkilər fonunda ağırlıq mərkəzi dəyişmiş yeni modelin oturuşmasına qarşı daha kəskin iradə ilə çıxırlar. O biri yandan da hərbi təsirlər də ortadadır. Əslində, Azərbaycanla sürətli silahlanma yarışına girilməsi fonunda bu problemlərin özünü qabarıq göstərəcəyi gözlənilən idi. Faktiki olaraq bu, Ermənistanda bir tərəfdən xarici, iqtisadi siyasətin iflasıdır. Ölkə daxilində əvvəlki sistem işləmir, qiymətlər artdıqca hakimiyyətin qiyməti insanların gözündə kəskin aşağı düşür. Bu, əsl inqilabi situasiya sayıla bilər. Hesab edirəm ki, bütövlükdə bu şərait Azərbaycanın prosesə diktə etdiyini sübuta yetirir”.
Qeyd edək ki, Ermənistanda avtomobil yanacağının həcmi artırılıb. Yanacağın qiymətinin artırılması ölkədə digər məhsullara da təsir göstərib. Nəticədə yeni ilin ilk günündən etibarən Ermənistanda bahalaşma başlayıb.
Artıq məsələ ilə bağlı erməni ekspertləri həyəcan təbili çalırlar. Ekspertlər bu bahalaşmanın sosial qiyam yaradacağını və bunun gələcəkdə siyasi qiyama keçəcəyini bildiriblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv