Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SOSİAL

65 yaşlı müəllimlərin işinə davam etməsi... - Ekspert

<b>65 yaşlı müəllimlərin işinə davam etməsi... - Ekspert</b>

Yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, 65 yaşı tamam olmuş müəllimlərin fəaliyyətini davam etdirməsi üçün lazım olan mövcud kriteriyalar həmin əmrdə açıq şəkildə göstərilir:
“Bunlar “son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi”, “elmi dərəcə və ya elmi adının olması”, “dövlət təltifi ilə təltif edilməsi”, “attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi”, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması”, “müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda”, “səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda”, “işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması” kimi tələblərdir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv