Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
SİYASƏT

Azərbaycan məni və ailəmi terrordan qorudu - Brayza

<b>Azərbaycan məni və ailəmi terrordan qorudu - Brayza</b>

ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib

M.Brayza Azvision.az-a açıqlamasında bildirib ki, məlum siyahıda Azərbaycan Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrlə bir sırada yer alıb. Sabiq səfirin sözlərinə görə, Dövlət Departamentinin turistlərə yaydığı tövsiyədə terror təhdidi səviyyəsinə görə Azərbaycan və Fransa eyni mövqedə qərarlaşıb.
“ABŞ Dövlət Departamenti münaqişə ilə əlaqədar vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, təmas xəttinə və Ermənistan-Azərbaycan sərhədi yaxınlığına səfərə getməməyi tövsiyə edib. Dağlıq Qarabağa dair tövsiyə Ermənistana aid bölmədə də yerləşdirilib.
Təcrübəmə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişə zonasına yaxın olan Azərbaycanın regionlarında terrorizm və zorakılıq təhdidləri realdır. Mən ABŞ-ın Azərbaycandakı səfiri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olduğum vaxtlarda bütün diplomatik missiyanı, məni və ailəmi terror təhdidlərindən qoruduğu üçün daim Azərbaycan hökumətinə minnətdar olacağam”.
M. Brayza eyni zamanda Rusiya XİN-in mətbuat xidmətinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına da toxunub. Dipomat bildirib ki, Rusiya XİN rəsmisinin dediyi kimi ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlərin əleyhinə deyil. Departament ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə etmir. Söhbət yalnız Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədlərinə səyahətlərdən gedir”.
2018-ci il üzrə Cənubi Qafqaz regionu ölkələrinə dair proqnozun olmadığını deyən Brayza ümid edir ki, ABŞ dövlət katibi Reks Tillerson münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə töhfə verəcək və bir neçə ay əvvəl yayılan şayiələrdən fərqli olaraq Minsk qrupu həmsədrinin maliyyələşməsini dayandırmayacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv