Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
TÜRK DÜNYASI

Ərdoğana şok: Gül Ərbakanın partiyasından namizəd olur

<b>Ərdoğana şok: Gül Ərbakanın partiyasından namizəd olur</b>

Abdullah Gül prezidentliyə namizədimiz ola bilər

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu söyləyib.
“Abdullah Gül dəyərli qardaşımızdır. Əlbəttə, namizəd olma ehtimalı var. Amma hazırda ona “namizədimizdir” demək doğru deyil. Burada iki məsələ var. İlk növbədə onun özü bu məsələdə təşəbbüslə çıxış etməlidir. Digər tərəfdən isə seçilə biləcəyi ilə bağlı proqnoz olmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, son günlər Türkiyənin eks-prezidenti Abdullah Güllə Prezident Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər pisləşib. Ərdoğan son çıxışlarında Gülü dəfələrlə tənqid edib. Ekspertlər isə Gülün yenidən prezidentliyə namizəd olmasının Ərdoğan üçün böyük təhdid olduğunu iddia edirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv