Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SOSİAL

14 dövlət təşkilatı ilə əlaqə qurmuşuq – Aydın Əliyev

<b>14 dövlət təşkilatı ilə əlaqə qurmuşuq – Aydın Əliyev</b>

Qida Təhlükəsizliyi Agentliyi ilə gömrük orqanlarının funksiyaları üst-üstə düşmür

Axar.az xəbər ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında səlahiyyət bölgüləri ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
A.Əliyev bildirib ki, qida məhsullarına nəzarətdə bəzi funksiyaların Qida Təhlükəsizliyi Agentliyinə verilməsi normal haldır:
“Qida və yeyinti məhsulları üzərində bir sıra dövlət qurumları nəzarət həyata keçirir. Bəzi qurumların bir sıra səlahiyyətlərinin Qida Təhülkəsizliyi Agentliyinə verilməsi normaldır. Burada əsas məsələ, yaxın vaxtlarda Fitosanitar və Sanitar Karantin Müfəttişliyinin hansı səlahiyyətlərinin Qida Təhlükəsizliyi Agentliyinə verilməsidir. Bu gün 14 dövlət təşkilatı ilə əlaqələri qurmuşuq, elekron qaydada işlər həyata keçiririk. Təşkilati işlər başa çatana qədər gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv