Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

Kəmaləddin Heydərov Tərtərə gedir

<b>Kəmaləddin Heydərov Tərtərə gedir</b>

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 23 yanvar 2018-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv