Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
HADİSƏ

Bakıda seksual manyak həbs olundu – Rəsmi

<b>Bakıda seksual manyak həbs olundu – Rəsmi</b>

Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.
“İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib" məlumatda bildirilir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv