Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
TÜRK DÜNYASI

ABŞ-Türkiyə sazişi: Savaş Qafqaza gəlir – Trofimçuk

<b>ABŞ-Türkiyə sazişi: Savaş Qafqaza gəlir – Trofimçuk</b>

Türkiyənin Suriyada ABŞ-ın maraqlarının əksinə hərəkət etməsini düşünmək sadəlövhlük olardı

Axar.az xəbər verir ki, bunu “Yeniçağ.ru” saytına müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.
“Məncə, onların elan edilməmiş razılaşması var. Belə ki, Türkiyə ilə ABŞ arasında ortaqlıq onların hər ikisinin ayrılıqda Rusiya ilə aralarındakı ortaqlıqdan çoxdur. Dəməşqdən Əsədi uzaqlaşdırmaqla bağlı hər iki tərəfin ümumi arzusu bunu söyləməyə kifayət edir. İctimai qaydada nəyin deyilməsinin önəmi yoxdur. Bu siyasətdir.
Türkiyənin əvvəlki kimi NATO üzvü olduğu unudulmamalıdır. Ona görə də İran baş verən hadisələrlə bağlı açıq şəkildə narazılığını bildirir. Türkiyənin Suriya kürdlərinə zərbə endirməsi Rusiyanın maraqlarına açıq zərbə idi. Kürdlər indi Rusiyanı aqressiyada ittiham edirlər, amma bu düşmənçilik ona gərək deyil. Lakin ediləcək başqa şey yoxdur. Ona görə ki, Moskva hələlik Ankara ilə münasibətləri ikinci dəfə qırmaq gücündə deyil. Rusiyanın çaşqınlıq içində qaldığını söyləmək olar.
Moskvanın Türkiyə ilə hansısa boru kəmərləri ilə bağlı məxfi razılaşmaları ilə bağlı konspiroloji versiyalar irəli sürməyə gərək yoxdur. Digər tərəfdən, Vaşinqtona Türkiyə ilə kürdləri toqquşdurmaq sərfəlidir. Belə ki, bununla ABŞ özünün Suriya potensialını artırır. ABŞ bu toqquşmaya kənardan baxır və çox ağıllıdır. Əgər Rusiya 2015-ci ilin sentyabrında Suriyaya getməsəydi, Moskva da bunu edə bilərdi”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, hazırda Suriyada böyük müharibə gedir. Trofimçuk Suriya siyasətinin Barak Obama dövründə daha asan olduğunu bildirib. O, Suriyada gedən müharibənin bir qolunun zamanında Cənubi Qafqaza da toxunacağını söyləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv