Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Dekan müavininin təhqir etdiyi gənc BDU-dan qovuldu

<b>Dekan müavininin təhqir etdiyi gənc BDU-dan qovuldu</b>

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub

Bu barədə laborantın özü - Vüsal Yüzbaşıyev məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb:
“Lakin hədə-qorxu gələn, təhqirlərdən istifadə edən dekan müavini hələ də universitetdə fəaliyyətini davam etdirir. Həmkarlar İttifaqı komitəsində 1 saat iclas keçirildi, həmin iclasda “sən səs yazıb, universitetimizin adına ləkə gətirmisən” deyərək məni işdən qovdular. Onu da qeyd etmək istəyirəm ki, əmək kitabçama Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini - “işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” maddəsi yazıldı”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantının arasında baş tutan söhbətin səs yazısı yayılmışdı. Səs yazısında dekan müavini “Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə “terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan” sözlərini deyərək, onun ünvanına təhqirlər yağdırmışdı.
V.Yüzbaşıyev isə bu səs yazısını ictimailəşdirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv