Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MƏDƏNİYYƏT

Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olundu

<b>Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olundu</b>

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Kult.az-a verilən məlumata görə, Baş Konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi (Yzhar Charuzi) sözügedən filmin tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını bildirib.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında danışaraq, 19-cu əsrdən başlayaraq neftin ölkəmizin sosial, iqtisadi və siyasi həyatında önəmli rol oynadığını qeyd edib. O, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat, 1941-1945-ci illərdə Sovet ittifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyünü vurğulayıb. O, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini və 2015-ci ildə məşhur "National Geographic" telekanalı vasitəsilə müxtəlif dillərdə bütün dünyaya yayımlandığını diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır.
Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların böyük rəğbətilə qarşılanıb.
Daha sonra baş konsul N.Ağayev qonaqları maraqlandıran sualları cavablandırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv