Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
SİYASƏT

Rusiyada Azərbaycan təhqir edildi - Millət vəkili

<b>Rusiyada Azərbaycan təhqir edildi - Millət vəkili</b>

Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir

Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək.
Bunu Report-a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.
A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv