Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
TÜRK DÜNYASI

PYD-nin xainliyinə cavab: “Bordo bereli”lər döyüşə girir

<b>PYD-nin xainliyinə cavab: “Bordo bereli”lər döyüşə girir</b>

Türkiyənin səhvsiz olaraq davam etdirdiyi “Zeytun budağı” əməliyyatı ilə küncə sıxışan PYD dünya ictimaiyətində “sivil insanlar qətliam edilir” fikri formalaşdırmaq üçün Afrində xəndək döyüşü planına ümid edir

Axar.az xəbər verir ki, “Milliyət” terror qruplaşmasının sivil qalxan həmləsinə qarşı Türkiyə Silahlı Qüvvələrinin “Bordo bereli”lərdən istifadə edəcəyini yazıb.
Məlumata görə, PYD Afrində şəhər mərkəzindəki qüvvələrinə mülki insanların arasına qarışmağı, türk ordusu şəhər mərkəzinə daxil olduqdan sonra isə sivil insanların qətliama məruz qalması barədə təbliğata başlamağı tapşırıb. Bundan sonra isə vətəndaşlar qalxan olaraq istifadə ediləcək və şəhər mərkəzində xəndək döyüşlərinə başlanılacaq.
Afrin əməliyyatı üçün alternativlərə hazır olan Türkiyə ordusu buna qarşılıq olaraq terrorla mübarizə əməliyyatlarında kifayət qədər təcrübə toplamış, yüzlərlə mülki insanın qalxan olaraq istifadəsinin qarşısını almış “Bordo bereli”lərdən istifadə edəcək. “Bordo bereli”lər əməliyyata Afrinin mərkəzi hissəsi mühasirə alındıqdan sonra girəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv