Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
İQTİSADİYYAT

Rusiya artıq “möcüzələr” yaradır - Çöküş

<b>Rusiya artıq “möcüzələr” yaradır - Çöküş</b>

Rusiya iqtisadiyyatı 2014-cü ildən bu yana iqtisadi “antimöcüzə” yaradır

Bu iddia ilə “Rosbalt” agentliyi çıxış edib.
“Dünyanın ümumdaxili məhsulu 2015-2017-ci illər arasında kifayət qədər əmin şəkildə 10,3% artıb və 127 trilyon dollara çatıb. Rusiyanın ümumdaxili məhsulu isə bu illər ərzində 1,3% azalıb və təxminən 4 trilyon dollar (dünya ÜDM-sinin 3,1%-ni təşkil edib) təşkil edib. Cəmi üç il əvvəl Rusiyanın dünyanın ÜDM-ində çəkisi 3,5% idi. Əhali sayı yüksək olan ilk 10 dövlət arasında yalnız Braziliya 3 illik dövr ərzində Rusiyadan geri qalıb. Bu ölkələrdən 5-nin isə iqtisadi artım templəri dünyanın orta göstəricisindən çox olub. Əgər 2014-cü ildə Çin iqtisadiyyatı bizdən 4,7 dəfə çox idisə, keçən il bu göstərici 5,7 dəfəyə qalxıb. ABŞ iqtisadiyyatının bizlə müqayisədə böyüklüyü keçən il 4,9 dəfə artıb.
Üç il ərzində neft ticarətiylə məşğul olan ölkələrə baxaq. Bizim ölkədən daha pis göstəricini Venesuela göstərib. Onun iqtisadiyyatı qeyri-rəsmi rəqəmlərə görə 30% azalıb, rəsmi rəqəmlərə görə isə heç nə bilinmir. Keçmiş qardaşlarımız Polşa, Çexiya, Macarıstan, Rumıniya, Estoniya, Litva və Latviya isə üç ili pis keçirməyiblər. Bu ölkələrin hamısının dünya iqtisadiyyatında nüfuzu artıb. Bu ölkələrin hamısında (yalnız Rumıniyadan başqa) ÜDM-in adambaşına düşən payı Rusiyanı keçib”, – deyə məqalədə bildirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv