Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Azərbaycanlının olduğu gəmi Yapon dənizində itdi

<b>Azərbaycanlının olduğu gəmi Yapon dənizində itdi</b>

Yapon dənizində Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi itib

Axar.az xəbər verir ki, göyərtəsində 21 nəfərin olduğu gəmi ilə əlaqə yoxa çıxıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Xabarovsk Aviasiya-Xilasetmə Mərkəzindən verilən məlumata görə, gəminin yoxa çıxdığı əraziyə 2 gəmi və 2 helikopter, o cümlədən Be-200 xilasedici təyyarəsi göndərilib.
İtən gəmidə Azərbaycan vətəndaşının olduğu bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yaponiyadakı səfirliyin itkin düşən "Vostok" balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırdığını deyib.
Onun sözlərinə görə, əlavə məlumat əldə olunduğu təqdirdə ictimaiyyətə çatdırılacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv