Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Trampın əl-qolunu bağlayıblar ki... – VTB rəhbəri

<b>Trampın əl-qolunu bağlayıblar ki... – VTB rəhbəri</b>

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə işləməyə imkan vermir

Axar.az xəbər verir ki, bunu RBK televiziyasına müsahibəsində Rusiya VTB bankının rəhbəri Andrey Kostin söyləyib. Onun sözlərinə görə, hazırda Rusiya ilə ABŞ-ın münasibətlərinin düzəlməsi üçün heç bir imkan yoxdur.
O, Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi ilə bağlı araşdırmanın Trampın əl-qolunu bağlamağa xidmət etdiyini bildirib:
“Hələlik Trampın və ya komandasının Rusiya ilə əlaqələrinin olması barədə bir fakt belə tapılmayıb. Belə faktlar bundan sonra da tapılmayacaq. Konqresin, KİV və xüsusi xidmət orqanlarının belə aqressiv siyasəti ilk növbədə Trampın əllərini bağlamaq üçündür. ABŞ-ın siyasi elitası Rusiyanın birqütblü dünyada yaşamaq istəməməsinə hazır deyil”.
Qeyd edək ki, Kostin dünən Davos Forumunda ABŞ-ın Rusiyaya qarşı böyük iqtisadi müharibə başlatdığını və bunun hədəfinin ölkədə hakimiyyət dəyişikliyi olduğunu bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv