Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
DÜNYA

Saakaşvilidən Putin haqda sensasiyalı sözlər: O yanılmır...

<b>Saakaşvilidən Putin haqda sensasiyalı sözlər: O yanılmır...</b>

Biz hakimiyyətə gəlsək, real dəyişikliklər üçün az vaxtımız olacaq

Bunu Rusiyanın “Novaya qazeta” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.
“Bizim real dəyişikliklər üçün çox qısa vaxtımız olacaq. Ukraynalılar çox səbirsizdirlər. Əgər biz iki ay ərzində real dəyişikliklər göstərə bilməsək, üçüncü ay artıq hakimiyyətdə olmayacağıq. Mənə populyarlıq yox, böyük şəhərlərin gənc və orta sinfinin dəstəyi lazımdır. Bu istiqamətdə bazamız Aleksey Navalnı ilə oxşardır. Putin bizi müqayisə edəndə yanılmırdı. Navalnı çox cəsarətli adamdır və o nə zamansa Rusiyada hakimiyyətə gələcək. Putin özü də anlayır ki, Rusiyada yeganə alternativ Navalnıdır. Rusiyada yeni nəsil daha informasiyalı və daxilən azaddır. Bu qloballaşma və Putin hakimiyyətinin yorğunluğunun nəticəsidir. Putin özü özünü küncə qovub”, – deyə o bildirib
Saakaşvili hakimiyyəti dönəmində heç bir siyasətçinin həbs edilmədiyini söyləyib:
“Mənim prezidentliyim dönəmində Gürcüstanda heç bir siyasətçi həbs edilməyib. Nino Burcanadze kimi insanı hər yerdə həbs edərdilər, amma mən etmədim. Bu adam müharibədən sonra Moskva ilə açıq əməkdaşlıq edirdi. Bu bizim təhlükəsizliyimizə qarşı aksiya idi. Demokratiya adına bu şəxslərə toxunmamaq lazımdır. Əgər 10 il daha hakimiyyətdə olsaydım, Gürcüstan tanınmaz hala gələcəkdi. Bu ölkə Sinqapura bənzəyəcəkdi, amma nəticədə hər kəs mənə nifrət edəcəkdi. Ona görə ki, liderlərin mexaniki yorğunluqları var. Getməyi bacarmaq lazımdır. Putin səhvə yol verir. O, artıq uzun müddət hakimiyyətdədir və rahat şəkildə getmək şansı qalmayıb. Əgər o, beş il əvvəl getsəydi, onu bağışlayıb rahat buraxardılar. Əgər indi getsə, yerinə gələn onu ən yaxşı halda həbs edəcək. Putin bunu gözəl bilir. Mənim nümunəm də çox pisdir, çünki mənə qarşı Gürcüstanda cinayət işi açılıb. Buna görə də hamı deyir ki, əgər Saakaşvilini də həbs edirlərsə, bu qərbyönlülərə qulaq asmayın. 90% reytinq sahibi olmaq çox təhlükəlidir, çünki sıfra burada yol çox sürətli olur. Ən yaxşısı 55% və rahat işləmək imkanıdır. Mənim Gürcüstanda reytinqim 60-65% idi, buna görə də uduzdum. Demək, getmək lazım idi. Başqa çıxış yolu yox idi”.
Saakaşvili həmçinin Putini özünün düşməni hesab etmədiyini bildirib:
“Ukraynada hakimiyyətə gəlsəm, Putin münasibətlər qurmağa ehtiyac yoxdur. Məncə, o, hər kəs üçün problemdir, amma o mənim düşmənim deyil. Mən niyə onun üçün düşmənəm? Ona görə ki, itaətsizliyin simvoluyam. Hər kəs bilir ki, o, Tiflisi 2008-ci ildə ələ keçirmək istəyirdi. Sarkozi də bunu bilirdi. Mən 2008-ci ildə onun bunu edə bilməməsinin simvoluyam. Navalnını həbs edəndə o, məni görür. İtaətsizlik Putin üçün fəlakətdir.
Rusiya ancaq Almaniya və Amerika ilə danışır. Putin Rusiyanın yaxın qonşularını qəbul etmir. O hesab edir ki, onlar üzərində xüsusi haqqa sahibdir. Qonşuları ona borcludur, o isə onlara heç nə verməməlidir. Bu, köhnə rus imperiya ənənəsidir. Rusiya hesab edir ki, SSRİ-nin parçalanması üçün bizim hamımız ona borcluyuq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv