Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
İQTİSADİYYAT

Manat avroya nisbətən niyə ucuzlaşdı? – Ekspert

<b>Manat avroya nisbətən niyə ucuzlaşdı? – Ekspert</b>

Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2 manat 11 qəpiyədək azalıb:
“İndi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır. Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranının səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itirməsi avronun güclənməsinə səbəb olub”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv