Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
HADİSƏ

Azərbaycanda 84 partlayış: 17 ölü, 87 yaralı - Statistika

<b>Azərbaycanda 84 partlayış: 17 ölü, 87 yaralı - Statistika</b>

Ötən il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb

FHN-dən bildirilib ki, 2017-ci ildə respublikada 84 partlayış hadisəsi baş verib. Bu da 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 17 nəfər ölüb, 87 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub.
Ötən il baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib. Yanğın hadisələri zamanı 51 nəfər ölüb, 225 nəfər xəsarət alıb. Buda ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 6% az, xəsarət alanlar üzrə 79 nəfər və ya 54% çoxdur.
2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, buda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər ölüb, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv