Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
TÜRK DÜNYASI

AKP-dən HDP-yə: Mövqeyini bəlli et!

<b>AKP-dən HDP-yə: Mövqeyini bəlli et!</b>

AKP, MHP və CHP Afrin əməliyyatları məsələsində müttəfiqdirlər, HDP də bu məsələdə mövqeyini bəlli etməlidir

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş söyləyib.
“Türkiyədə əhali və 3 siyasi partiya milli məsələdə ittifaqa girib. Burada əslində HDP-ni böyük sınaq gözləyir. Əgər HDP Türkiyəyə bağlıdırsa və bu torpaqlara aidiyyəti varsa, bizimlə ittifaqa girməyə məcburdur”, – deyə o bildirib.
Qeyd edək ki, Xalqların Demokratik Partiyası (HDP) Türkiyədə əsasən kürd partiyası kimi tanınır. Türkiyə hakimiyyəti bundan öncə dəfələrlə HDP-ni PKK ilə əlaqələrdə və terrorizmin təbliğində şübhəli bilib. Hətta terrorizmin təbliğatına görə HDP liderləri, o cümlədən Səlahəddin Dəmirdaş həbs edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv