Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
HADİSƏ

İrandan narkotik gətirən şəxs gömrükdə tutuldu

<b>İrandan narkotik gətirən şəxs gömrükdə tutuldu</b>

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

DGK-dan verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus cantaya gömrük baxışı keçirilib.
Yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə, 49 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M20" yazısı olan "Metadon" adlı həblər aşkar edilib.
Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 49 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv