Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SOSİAL

Baş terapevt açıqladı: Siqaret çəkən kişilər...

<b>Baş terapevt açıqladı: Siqaret çəkən kişilər...</b>

Sentyabr və may ayı ərzində həm kəskin xəstəliklər baş verə, həm də xroniki xəstəliklər kəskinləşəcəyi dövrdür

Axar.az xəbər verir ki, bu sözləri baş terapevt Rəhilə Əliyeva bu gün Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında bildirib.
R.Əliyeva bildirib ki, Kliniki Tibbi Mərkəzə ən çox müraciətlər tənəffüs sistemi xəstəlikləri, ürək-damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləridir:
“Ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir. Bu da əsasən hipertoniya, ürəyin işemik xəstəliklərdir. Ötən ilin sentyabr-dekabr aylarında mərkəzin iki terapiya şöbəsinə 378 nəfər müraciət edib ki, onların 113 nəfəri ürək-damar sistemi xəstəlikləridir. Hətta digər xəstəliklərlə müraciət edən xəstələrdə ürək-damar sistemi xəstəlikləri şikayəti olur.
Müraciətlərlə bağlı ikinci yerdə bronxial astma xəstəliyinin ağırlaşması ilə bağlıdır. Xəstələrin 30-u məhz bu şikayətlə müraciət edib. 17 nəfər isə pnevmaniya ilə müraciət edib. Sümük xəstəlikləri də əsasən mövsüm xarakter daşıdığından bu aylarda qeyd olunan şikayətlər artır. Bundan başqa 34 nəfər ağciyərin xroniki abstruktiv xəstəliyi ilə bağlı müraciət edib. Bu şikayətlə əsasən siqaret çəkən kişilərdir”.
Baş terapevt bildirib ki, hazırda xəstələr arasında yayılan xəstəlik xroniki respirator virus xəstəliyidir:
“Kəskin respirator xəstəliklər ağır xəstəlik hesab edilməsə də, insanlar bu xəstəliyə qarşı maksimum diqqətli olmalıdır. Ailə belə xəstə olarsa, ondan uzaqlaşmaq çətin olur. Bu zaman çıxış yolu qoruyucu maskalar və qidalanmaya diqqət etməkdir. Digər xroniki xəstəliklərin aktivləşməsinə də səbəb olur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv