Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SOSİAL

Azərbaycanda nikah müqaviləsi məcburiləşdirilir

<b>Azərbaycanda nikah müqaviləsi məcburiləşdirilir</b>

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.
O, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllülük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv