Son xəbərlər
23 MAY
22 MAY
SİYASƏT

Politoloqdan iqtidar və müxalifətə sosial şəbəkələr çağrış

<b>Politoloqdan   iqtidar   və müxalifətə sosial  şəbəkələr çağrış</b>

Politoloq Ramiz Alıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yanvarın 26-dan etibarən bir ay ərzində sosial şəbəkələrdə birlikdə etiraz edilməsi təklifini verib

Ramiz Alıyev sosial şəbəkələrdə bu etiraz kampaniyasına qatılmaq üçün iqtidar və müxalifət partiyalarının təmsilçilərinə və onların gənclər təşkilatlarına, qeyri-hökumət təşkilatlarına, müstəqil gənclər təşkilatlarına, KİV nümayəndələrinə, diaspor təşkilatlarına, ictimai-siyasi nüfuzu olan şəxslərə çağırış edib: “Birlikdə iyirmi birinci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımına səbəb olan və bu faciəni törədən Ermənistan dövlətinə, hazırki Ermənistan rəhbərliyinə qarşı sosial şəbəkələr vasitəsi ilə etiraz olunsa effektiv nəticə əldə etmək olar. Xocalı soyqırımını özündə əks etdirən şəkillər və videolar, soyqırımın törədilməsi ilə bağlı faktlarla dolu məlumatlar müxtəlif xarici dillərə tərcümə olunaraq səhifələrdə paylaşılsın. Bu faciəni törədənlər dünya ictimaiyyətinə bir daha tanıdılsın. Bununla da biz bir xalq olaraq birliyimizi göstərəcəyik və bütün dünya görəcək ki, bizdə milli məsələlərdə və xüsusən də Xocalı soyqırımı məsələsində iqtidar -müxalifət anlayışı yoxdur”.
Politoloq hesab edir ki, özünü azərbaycanlı bilən və Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılmasının tərəfdarı olan, Ermənistanı cinayətkar bir dövlət kimi tanınmasını istəyən hər kəs, bütün siyasi partiyalar, gənclər təşkilatları, QHT-lər, KİV-lər, diaspor təşkilatları, ictimai-siyasi nüfuzu olan şəxslər bu çağırışa dəstək verməlidir və verəcəklər: “Bu kampaniyada virtual həmrəyliyimizi ortaya qoymalıyıq. Düşünürəm ki, “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq, sosial şəbəkələr vasitəsi ilə Xocalı soyqırımının dünyaya çatdırılması çağırışına köməklik etmək özünü azərbaycanlı hesab edən hər bir vətəndaşımızın borcudur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv