Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
HADİSƏ

Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) illik Baş Assambleyası keçirilib

<font color=red><b>Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) illik Baş Assambleyası keçirilib</b></font>

23 yanvar 2018-ci il tarixində Parisdə Azərbaycan Səfirliyinin dəstəyi ilə Azərbaycanın Dostları Assosiasiyasının illik Baş assambleyası keçirilib

Assambleyanın gündəliyinə assosiasiyanın 2017-ci ildəki fəaliyyətinin təhlil edilib qiymətləndirilməsi və növbəti il üçün fəaliyyət planının müzakirəsi daxil olunub.
Assambleya ADA-nın sədri, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel təqdimatı ilə açılıb. Daha sonra assosiasiyanın üzvlərinə 2017-cı ildə həyata keçirilən layihələr barədə məlumat verilib. Fransanın müxtəlif şəhərlərində il ərzində bir sıra maraqlı və uğurlu layihələr həyata keçirən assosiasiyanın əsas məqsədi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdir. Yarandığı gündən görülən işlər sayəsində ölkəmizin Fransada yaxından tanınmasına nail olan assosiasiyanın idarə heyəti və üzvləri fəaliyyətini yüksək qiymətləndiriblər.
Jan–Fransua Mansel assambleya iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq. O, 2018-cı il üçün nəzərdə tutulan fəaliyyət planının həyata keçirilməsində assosiasiyanın üzvlərinin daha da fəal olacağına əminliyini ifadə edib.
Sədr hələ də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində ADA-nın fəaliyyətinin davam etdiridiyini bildirib. Fransadakı Azərbaycanın dostları Azərbaycan xalqı ilə həmişə həmrəydir. Münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımı, eləcədə yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində ADA-nın bir sıra tədbirləri planlaşdırılıb.
Daha sonra assosiasiyanın baş katibi Mirvari Fətəliyeva illik maliyyə hesabatını təqdim edərək assosiasiya üzvlərinin müxtəlif mövzulara toxunan suallarını cavablandırıb.
Kolmar şəhərinin meri Jilber Meyer söz alaraq Şəki və Kolmar şəhərləri arasındakı dostluq sazişi əsasında həyata keçirilən müxtəlif layhələrə toxunaraq bundan sonra da bu istiqamətdə iki dost ölkələr arasındakı münasibətlərin inkişafına tohvə verəcək layihələri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Müzakirələr zamanı Fransanın Azərbaycandakı ilk səfiri, ADA-nın təsisçisi və fəxri prezidenti Jan Perən assosiyasiyanın 3 ildən bəri həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirdiyini, Fransa Yəhudi Təşkilatlarının Əlaqələndirmə Şurasın üzvü Jan-Pyer Allali Azərbaycana etdiyi səfərlərin xoş təssüratları nəticəsində “ Qubanın 12 daşı” adlı kitabını yazdığını, UNESCO-nun xoşməramlı səfiri Edva Ser bu ölkənin tolerantlıq nümunəsi olduğunu, dinlərarası seçkiliyə yol verilmədiyini, etnik qrupların dininə, dilinə və mədəniyyətinə hörmətlə yanaşıldığını, məscidlərlə yanaşı kilsə və sneqoqların fəaliyyət göstərdiyini diqqətə çəkiblər. Uzun müddət Fransanın Azərbaycandakı səfirliyində çalışan Gi Şövalye bu tolerantlığın şəxsən şahidi olduğunu və bu ölkədə “birgə yaşamaq” prinsipinin uzun zamandan bəri mövcud olduğunu vurğulayıb.
Baş Assambleyada həmçinin Assosiasiyanın İcra Şurasının üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib. 20 nəfərdən ibarət olan Şura tərkibini Fransa ictimayyətinin tanınmış siyasi-ictimai xadimlərindən deputat, senator, departament rəhbəri, şəhər merləri və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış simalar təşkil edir.
Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyət planının qəbul edilməsi məqsədi ilə yaxın zamanlarda İcra Şurasının yeni tərkibdə iclasının keçirilməsi qərara alınıb.
Assambleyadan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkəşli taleyindən bəhs edən film, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Filmə baxışdan sonra assambleya iştirakçlarına ziyafət verilib.

24 yanvar 2018, Paris şəhəri
Azərbaycanın Dostları Assosiasiyasının mətbuat xidməti


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv