Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Millət vəkilləri Vəkillər Kollegiyasında olub

<font color=red><b>Millət vəkilləri Vəkillər Kollegiyasında olub</b></font>

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə üzvləri Qüdrət Həsənquliyev və Çingiz Qənizadə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında Rəyasət Heyətinin rəhbərliyi ilə görüş keçiriblər

Vəkillər Kollegiyasından verilən məlumata görə, fikir mübadiləsi şəraitində keçən görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov son aylar ərzində görülmüş işlər, xüsusilə vəkilliyə qəbul imtahanlarına hazırlığın vəziyyəti, vəkilliyə namizədlərin tərkibinə dair statistika barədə məlumat verib, habelə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsi üzrə gələcəkdə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürüb.
Həmçinin görüş ərzində deputatlar ölkəmizdə ödənişsiz hüquqi yardımın vəziyyəti, Vəkillər Kollegiyasının fəaliyyətinin daha da səmərələşdirilməsi və onun maddi-texniki təminatı yaxşılaşdırılması, Kollegiyanın gələcək planları, qarşıdan duran problemlər barədə maraqlandılar və onların həlli istiqamətində təkliflər veriblər.
Daha sonra Əli Hüseynli növbəti dövrdə Vəkillər Kollegiyasının fəaliyyətinin daim diqqətdə saxlanılmasının mühüm olduğunu vurğulayaraq, gələcəkdə Komitə ilə Kollegiya arasında təmasların daha intensiv formada qurulmasının əhəmiyyəti barədə fikirlərini bildirib. Qüdrət Həsənquliyev və Çingiz Qənizadə vəkilliyin gələcək inkişafı, bu peşənin əhəmiyyəti barədə fikirlər səsləndirib və təkliflər irəli sürüblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv