Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
SİYASƏT

Ermənilərin neçə faizi Qarabağın işğalını pisləyir? –Sorğu

<b>Ermənilərin neçə faizi Qarabağın işğalını pisləyir? –Sorğu</b>

Ermənistan və Qarabağdakı separatçı rejimdə yaşayan əhalinin 23,5%-i yaxın 5 il ərzində Qarabağ konfliktinin sülh yolu ilə həll olunacağına inanır

Bu barədə informasiya Qafqaz İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən, əhalinin 26,8%-i yaxın zamanlarda genişmiqyaslı müharibənin başlayacağını bildirib. 42,5% şəxs isə status-kvonun saxlanılacağına əmindir.
İnstitutut daha çox kənd yerlərində əhalinin sülhün əldə olunma imkanlarının müharibədən daha çox olduğuna inandıqlarını söyləyiblər. Müharibənin olacağına inananlar sırasında İrəvan əhalisi böyük üstünlük təşkil edib. Qafqaz İnstitutu Ermənistanda və qondarma rejimdə hökumət və KİV-ə inananların daha çox sülhə etibar etdiklərini bildirib.
Ermənilər arasında Qarabağ konfliktini müharibə yolu ilə həll etmək istəyənlərin də sayı çox olmayıb. Onlar əhalinin 9%-ni təşkil ediblər. 86% insan konfliktin sülhlə həllini istədiyini bildirib. Yalnız 5% şəxs status-kvonun saxlanılmasını istəyib.
Ən maraqlı məqam isə Qarabağın statusu ilə bağlı ermənilərin verdiyi açıqlamalar olub. Belə ki, Ermənistan əhalisinin 53,6%-i Qarabağın Ermənistana birləşdirməsini istəyib. 46,1% insan isə onun müstəqil dövlət olaraq qalması gərəkdiyini bildirib. Yalnız 0,3% şəxs Qarabağa Azərbaycanın tərkibində muxtariyyat verilməsinə razı olduğunu söyləyib. Qondarma rejimdə əhalinin 50,5%-i Ermənistana birləşmək istədiklərini açıqlayıb. 48,9% şəxs isə müstəqil ölkə olmaq istədiklərini deyib. Cəmi 0,1% şəxs Azərbaycanın tərkibində muxtariyyət almaq istədiklərini söyləyib.
Separatçı rejimin müstəqil olaraq qalmasını daha çox gənc nəsil, Ermənistanla birləşməyi isə yaşlı nəsil istəyib.
Hesabatda digər önəmli məqam Azərbaycanla kompromisə getmək məsələsi olub. Belə ki, ermənilərin 86,4%-i Azərbaycana işğal edilmiş rayonlardan heç birinin qaytarılmaması gərəkdiyini bildirib. 7,6% respondent isə 5 və ya 7 rayonun Azərbaycana qaytarılmasını istəyib. Qarabağın tam olaraq Azərbaycana verilməsini əhalinin 0,6%-i dəstəkləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv