Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
TÜRK DÜNYASI

Ərdoğan Azərbaycan nümayəndə heyətinə təşəkkür etdi

<b>Ərdoğan Azərbaycan nümayəndə heyətinə təşəkkür etdi</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qurumun qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib

Trend-in xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
R.T.Ərdoğan qeyd edib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".
Prezident bildirib ki, "Zeytun budağı" yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv