DÜNYA
İŞİD-ə qoşulan vətəndaşımıza ölüm hökmü verilərsə... - Fransa

Suriyada, yaxud İraqda radikal qruplaşmalara qoşulan Fransa vətəndaşları ölüm cəzasına məhkum edilərsə, bu zaman hökumət bu prosesə müdaxilə edəcək
Axar.az xəbər verir ki, bu sözləri Fransanın Ədliyyə naziri Nikl Bellube deyib.
“Fransa hökuməti müdaxilə edəcək və danışıqlara başlayacaq. Yenə də təkrar edirəm: Hər bir işə ayrıca baxılacaq”, - nazir bildirib.
Qeyd edək ki, Bağdad məhkəməsi İŞİD-ə qoşulan Mərakeş əsilli Almaniya vətəndaşını ölüm cəzasına məhkum etmişdi. Hazırda isə terror qruplaşmasına üzvlükdə günahlandırılan fransalı qadının məhkəməsi aparılır.
Onu hansı cəzanın gözləyəcəyi bəlli deyil.