Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
TÜRK DÜNYASI

“Diplomatın tale yolu”

<font color=red><b>“Diplomatın tale yolu”</b></font>

Qan yaddaşından doğan təyinat...



“Mən elə torpaqda doğulmuş, elə bir ailədə tərbiyə almışam ki, orada yaşayanların lüğətində “xəyanət” sözü yoxdur. Təkcə valideynlər yox, həm də qədimdən gələn adət-ənənələr insanları vətənpərvərlik, namus, qeyrət ruhunda tərbiyələndirir. Lap uşaqlıqdan tarixi düşüncə və qəhrəmanlıq hissi aşılayır. İctimai-siyasi və diplomatik fəaliyyətə başlayandan üzü bəri özümə söz vermişəm ki, mən tarixdə öz haqqımı qoymayacağam. Mənim heç bir şəxsi təmənnam yoxdur. Fəxr edirəm ki, zəkamın qüdrəti, qəlbimin enerjisi ilə millətimə və dövlətimə xidmət edirəm”

Həsən Zeynalov

Həsən müəllimi uzun illərdir ki, tanıyıram. Fəaliyyətini hər zaman diqqətlə izləmişəm. Xarakter adamıdı - Heydər Əliyevin məktəbini keçib. Soy-kökünün, keçdiyi yolun ən nəcib və eyni zamanda ən sərt cizgiləri çöküb üzünə... Doğru bildiyindən bir addım geri çəkilməyən, bildiyi doğrunu çoxluğun həqiqətinə çevirməyi bacaran adamdı Həsən Zeynalov...
Onu belə tanımışam.
Qarsda, Azərbaycan baş konsulluğunun binasının və Kərbalayi İsmayılın qəbirüstü abidəsinin açılışında Həsən müəllimi yenidən tanımaq və kəşf etmək imkanım oldu. Bu həmin zaman kəsiyi idi ki, Qarsda türk-erməni “dostluğuna” nəhəng abidə ucaldılırdı. Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoymaq istəyən qüvvələr prosesi bilərəkdən, məqsədyönlü şəkildə həm Türkiyə, həm də Azərbaycan türkləri üçün böyük tarixi, mədəni və mənəvi anlamı olan bir şəhərdən – Qarsdan başlamaq istəyirdilər. Sonradan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ucube” (əcaib – E.M.) adlandırdığı abidə əslində Türkiyə və Azərbaycan türklərinə sərhədlərimizin bir neçə kilometrliyində verilən göz dağı idi. Azərbaycanın və Türkiyənin düşmənləri gələcəyimizin utanc simvoluna çevrilə biləcək “ucube” ilə bizi öz tarixi torpaqlarımızda qaratikan köluna çevirmək istəyirdilər. Türkiyədə Azərbaycan əleyhinə kampaniya körüklənirdi... Qardaşlar arasına nifaq toxumu səpməyə çalışan bütün türk düşmənləri hərəkətə gətirilmişdi. Türk-erməni protokolları və bu protokolların gələcək perspektivi üçün zəmin hazırlanırdı. Çox çətin, “itin qurddan seçilmədiyi” bir dövr idi...
Düçmənlərimizin məkrli niyyətlərinin gerçəkləşməməsi üçün bu “ucube” uçurulmalıydı və uçuruldu da...
Qüsura baxmayın, mətləbə çox uzaqdan yol aldım. Amma Həsən Zeynalovun həyat fəlsəfəsini, dünyagörüşünü, Azərbaycan dövlətçiliyinə bağlılığını, prinsipiallığını anlatmaq üçün bu tarixi “qırılma” və yaxud “yenidən qovuşma” nöqtəsinin üzərindən keçə bilməzdim...
Bu yazını qələmə almağıma Həsən Zeynalovun “Diplomatın tale yolu” kitabı oldu... Kitabla tanış olmazdan öncə nə üçün “ömür yolu” deyil, “tale yolu” sözlərinin seçildiyini çək-çevir edirdim. “Diplomatın tale yolu” bir neçə səhifədən sonra bütün bu çək-çevirə son qoydu. “Ömür yolu” yaşadığın, keçdiyin, keçəcəyin yoldur, “tale yolu” isə missiyadı, genetik kodlardan, qan yaddaşından doğan görəvdi, təyinatdı...
“Diplomatın tale yolu” xatirələr toplusu deyil, tarixə ayna tuta biləcək bir kitabdı. Təkcə bir fakt - Çanaqqala zəfərinin qazanılmasında, Naxçıvanın muxtar statusunun əldə olunmasında, eləcə də Türk ordusuna maddi kömək göstərməsində böyük bir missiya həyata keçirən və bütün bu xidmətlərinə görə sonralar Türkiyə Cümhuriyyətinin qurucusu Mstafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeni ilə təltif edilən Hacı Cabbar Kömək haqqında məlumat bu kitabın ciddi tarixi araşdırmalar üçün istiqamətləndirici qaynağa çevirə bilər.
“Diplomatın ömür yolu” cəsarətli və idraklı bir Azərbaycan diplomatının mübarizələrdə, sui-qəsd təhlükələrində keçən ömür və tale yolunun səlnaməsidir.


Elçin Mirzəbəyli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv