Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
TÜRK DÜNYASI

Türkiyə-İran qarşıdurması başlaya bilərmi? – Şərh

<b>Türkiyə-İran qarşıdurması başlaya bilərmi? – Şərh</b>

Türkiyə birdəfəlik bilməlidir ki, İrandan ona dost, yaxud da müttəfiq ola bilməz

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, İran Türkiyəyə qarşı xəyanətkarcasına hərəkət edir:
“Fikir verin, İran Türkiyə ilə bağlı verdiyi bəyanatları yumuşaldıb. İran hazırda Türkiyənin yaxşılığını istəyən bir ölkə kimi görünsə də, əslində qardaş ölkənin öz təhlükəsizliyi naminə apardığı əməliyyatların əleyhinə gedir. Bu, Tehranın Ankaraya olan kinindən irəli gəlir. Türkiyə birdəfəlik bilməlidir ki, İrandan ona dost, yaxud da müttəfiq ola bilməz. Bu günlərdə Amerika tərəfi elan etdi ki, İranın Suriyada 80 minlik qoşunu var. İran faktiki Suriyadakı bütün əməliyyatlarda iştirak edir, orada hərbi bazalar yaradır, eyni zamanda, Əsədlə yaxınlıq edir. İran kimi bu bölgədə digər dövlətlərə qarşı təcavüzkarcasına yanaşan ikinci dövlət yoxdur. Bu nöqteyi-nəzərdən İranın Türkiyənin Suriyada apardığı əməliyyatlarda açıq-aşkar qardaş ölkəyə bədxahlığı hiss olunur”.
Politoloq bu fonda Türkiyə ilə İranın Suriyada qarşıdurma vəziyyətinə gələ biləcəyi il bağlı məsələyə də münasibət bildirib:
“İranın Suriyada Türkiyə ilə üzləşməyə cəsarəti çatmaz. O üzdən də proseslər qarşdurma səviyyəsinə kimi inkişaf etməyəcək. Çünki yaxın vaxtlarda Türkiyə Suriyadakı hərbi əməliyyatlarını uğurla başa çatdıracaq”.
Qeyd edək ki, Türkiyə prezidentinin baş məsləhətçisi İlnur Çevik İranın Türkiyənin “Zeytun budağı” əməliyyatını hiyləgər şəkildə gizli olaraq sabotaj etməyə çalışdığını bildirib. “İran yanımızda olduğunu göstərib Türkiyəni arxadan vurmağa çalışır. Amerikalılar PKK, PYD və YPG-ni açıq şəkil dəstəklədiyi halda İran bunu gizli və hiyləgərcəsinə edir. Demək ki, İran Türkiyənin Suriyadakı sülhə qatqılarından heç məmnun deyil”, - İ.Çevik qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv