Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
DÜNYA

Rusiyanı bu şəxs xilas edə bilər – Şərh

<b>Rusiyanı bu şəxs xilas edə bilər – Şərh</b>

Rusiyada müxalif bloger Aleksey Navalnının tərəfdarlarının etirazlarının tezliklə yatırılması onu göstərir ki, Navalnı bir o qədər də güclü siyasətçi deyil, hətta faktiki və strateji səhvləri ucbatından təşəbbüsü əldən vermək üzrədir

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, özünü Putinə alternativ kimi təqdim edən Navalnı prosesə hamıdan əvvəl qatıldığından indi əsas məqama haldan düşmüş bir vəziyyətdə daxil olur:
“Təsadüfi deyil ki, onun tərəfdarlarının sayı çox deyil. Məhz buna görə də onların meydanlardakı etiraz aksiyaları dərhal yatızdırılır. Əsas məsələ ondan ibarətdir ki, indi solçu, sağçı, hətta liberal, ümumiyyətlə, Putin hakimiyyəti ilə barışmayan qüvvələrin hardasa vahid bir namizədi var və o Pavel Qrudindir. Onun artıq meydana çıxması əsaslı şəkildə Navalnının səhmlərinin mahiyyətinin itirilmiş bir vəziyyətə düşməsinə yol açır. Çünki Putin hakimiyyətinə qarşı cəhdlər edən kommunistlər və digər qüvvələr gördülər ki, prinsip etibarilə seçki uğrunda mübarizə aparmağa dəyər. Hesab edirəm ki, Rusiya zəminində bir çox nəzəriyyə elementlərini birləşdirən konsepsiya əsasında Rusiyanı ağır iqtisadi və sosial vəziyyətdən çıxarmaq mümkündür. Bu fonda Qrudinin işlənmiş konseptual yanaşması var və o ciddi təəssürat bağışlayır. Həm mətbuatı, həm ekspertlər dairəsini və narazı elektoratı ətrafında cəmləşdirə bilir”.
Politoloq hesab edir ki, Rusiyada builki seçki kampaniyasında əsas mübarizə Vladimir Putinlə Pavel Qrudin arasında olacaq:
“Çünki o, çox uğurla fəaliyyət göstərən Kollektiv Təsərrüfat Birliyinin sədridir, onun rəhbəri olduğu sahədə təsərrüfat çiçəklənəndir, eyni zamanda, bu müəssisədə işləyən adamların hamısı təminatlı həyat sürürlər. Bu, Moskva ətrafında çox böyük mənfəətlə işləyən aqrar texniki müəssisədir, müasir təchizatı var, insanlar orada firavan həyat tərzi qura biliblər. Bütün bu uğurların təşkilatısı elə Pavel Qrudinin özüdür. O, siyasi məsələlər baxımından da çox yetkin bir insandır, intellektual potensialı var və ona görə də diqqəti özünə çəkə bilib”.
Qeyd edək ki, ötən gündən etibarən Rusiyada müxalif bloger Aleksey Navalnının tərəfdarlarının etiraz aksiyası başlayıb, 266 nəfər həbs olunub.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı da Moskvada polis tərəfindən saxlanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv