DÜNYA
Rus səfirdən Ağ Evə: Quyruğumuzu qısıb, səssiz...

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Rusiyanı sanksiyalarla qorxuda bilməyəcəyini söyləyib
Axar.az xəbər verir ki, səfir Moskvanın bu sanksiyalar qarşısında səssiz qalmayacağını deyib:
“Mən həqiqətən belə fikirləşirəm. Rusiyaya sanksiya tətbiq edən həmin siyasətçilər doğrudanmı bizim quyruğumuzu qısıb, öz mövqeyimizi tələb etməyəcəyimizi düşünürlər? ABŞ Rusiyanı sanksiyalarla qorxuda bilməz”.