Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
SİYASƏT

ABŞ sanksiyaları: Ankara və Bakıya təhdid varmı? – Şərh

<b>ABŞ sanksiyaları: Ankara və Bakıya təhdid varmı? – Şərh</b>

ABŞ-ın sanksiyaları işə düşərsə, bu, Rusiya ilə hərbi müqavilə imzalayan Türkiyənin şirkətlərinə yox, dövlətin özünə tətbiq oluna bilər

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Bunun çox müəmmalı bir məsələ olduğunu bildirən ekspert Türkiyəyə qarşı sözügedən sanksiyaların reallaşacağını düşünmür:
“Türkiyənin hərbi sənaye kompleksi Amerika, xususilə də Qərb şirkətləri ilə sıx bağlıdır. Düzdür, hazırda Türkiyə ilə bağlı təhlükələr var. Ancaq bu təhlükələri çözmək çox çətindir, çünki burada şərtlər çoxdur. Sanksiyaların hansı şirkətlərə, hansı formada tətbiq ediləcəyi hələ dəqiq deyil. Bu barədə yalnız sanksiyalar qüvvəyə mindikdən sonra daha dəqiq fikir söyləyə bilərik. S-400 razılaşmasına gəlincə, bu hərbi müqaviləni Rusiya ilə qardaş ölkənin hansısa bir şirkəti imzalamayıb, bunu Türkiyə dövləti imzalayıb. Yəni bu saziş Türkiyənin hansısa iri şirkətləri ilə Rusiyanın hərbi texniki kompleksinə aid olan şirkətlər arasındakı münasibətləri nəzərdə tutmur. Ümumiyyətlə, ABŞ-ın sanksiyaları işə düşərsə, bu, Rusiya ilə hərbi müqavilə imzalayan Türkiyənin şirkətlərinə yox, dövlətin özünə tətbiq oluna bilər. Ancaq bunun reallaşacağını düşünmürəm”.
Politoloqun sözlərinə görə, ABŞ hazırda Türkiyəyə qarşı hər hansı bir formada sanksiya tətbiq edə bilməz:
“Fikir verin, Türkiyə rəsmiləri bununla bağlı heç bir reaksiya vermirlər. Əgər Türkiyəyə qarşı hər hansı bir real təhlükə olsaydı, çoxdan reaksiyalar olardı. Ona görə də ABŞ-ın sanksiyalarının Türkiyəyə birbaşa təsirindən danışmaq çətindir. ABŞ-Türkiyə münasibətlərindəki gərginlik daha çox tərəflərin rəsmiləri arasında gedən danışıqlarda hiss olunur. Tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar, açıq demarşlardan və konfrantasiyalardan çəkinirlər. Çünki bilirlər ki, bunun nəticələri ağır olacaq. Amerika çalışır ki, Türkiyə apardığı əməliyyatları inkişaf etdirməsin. Türkiyə də çalışır ki, Amerika ilə ortaq məxrəcə gəlsin və münasibətlər böhran vəziyyətinə qədər irəliləməsin”.
Azərbaycana gəlincə, elspert hesab edir ki, sanksiyaların ölkəmizə birbaşa təsirindən söhbət gedə bilməz:
“Azərbaycanın iri iqtisadi kompaniya və şirkətlərinin Amerika şirkətləri ilə sıx münasibətləri yoxdur. Ona görə də sanksiyaların onlara heç bir təsiri ola bilməz”.
Qeyd edək ki, ABŞ Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqinə hazırlaşır.
Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun əsasında tətbiq ediləcək. ABŞ-ın sanksiyalarının keçən ilin avqustun 2-dən sonra Rusiya ilə hərbi müqavilə imzalayan şəxslərə və ya şirkətlərə tətbiqi gözlənilir.
Bu qanun təkcə xarici yox, həm də Rusiya şirkətlərinə də ölkə hərbi sənayesi ilə əlaqəni qadağan edir.
ABŞ oktyabrda Rusiyanın 25-dən çox hərbi şirkətini özünün qara siyahısına daxil etmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv