Son xəbərlər
23 MAY
22 MAY
SİYASƏT

Məmmədyarov Türkmənistana getdi

<b>Məmmədyarov Türkmənistana getdi</b>

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.
R.Meredov 2017-ci ildə isə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv