Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
DÜNYA

Trampın Konqres çıxışı: Biz axmaqlıq edib...

<b>Trampın Konqres çıxışı: Biz axmaqlıq edib...</b>

ABŞ ədalətsiz ticarət razılaşmalarına son qoyub. Köhnə razılaşmalar nəzərdən keçiriləcək və yeniləri imzalanacaq

Axar.az xəbər verir ki, bunu Konqresdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.
“Amerika nəhayət ki, on illərdir imzalanan ədalətsiz ticarət razılaşmalarına son qoyub. Bu razılaşmalar bizim rifahımızı oğurlayıb və şirkətlərimizin getməsinə, iş yerlərinin, xalqımızın sərvətinin itməsinə səbəb olub. İqtisadi güzəştlər dövrü artıq başa çatıb. Bu gündən bizim ticarət razılaşmalarımız ədalətli və qarşılıqlı faydalı olacaq. Biz köhnə razılaşmalara baxacağıq və yenilərini imzalayacağıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ hazırda bütün dünya ölkələrindən daha çox ehtiyacı olan insanlara yardım edir:
“Biz fəxr edirik ki, digərlərindən daha çox ehtiyacı olanlara yardım edirik. ABŞ prezidenti kimi mənim əsas vəzifəm Amerika uşaqlarının, işçilərinin, Amerikanın unudulmuş icmalarının daimi olaraq qayğılarına qalmaqdır. Mən istərdim ki, yoxsul insanların da yüksəlmək şansı olsun”.
Tramp çıxışı zamanı ölkənin nüvə arsenalı məsələsinə də toxunub. O, ölkənin nüvə arsenalının modernizasiya olunması gərəkdiyini bildirib:
“Müdafiəmiz çərçivəsində biz gərək nüvə arsenalımızı modernləşdirək. Onu elə səviyyəyə çatdırmalıyıq ki, heç vaxt praktikada istifadə etməyək. Bu arsenalı o dərəcədə gücləndirmək lazımdır ki, o istənilən aqressiya aktının qarşısını ala bilsin. Yəqin ki, günlərin birində bütün ölkələr bir yerə toplanıb, nüvə silahının ləğvi haqqında qərar verəcəklər. Hələlik bu mümkün deyil”.
O, həmçinin, Konqresin hərbi büdcənin azaldılması cəhdlərini dayandırmasını istəyib.
Prezident Quantanamo həbsxanasını bağlanması proqramını dayandıracağını da bildirib:
“Mən az öncə Müdafiə naziri Ceyms Mettisdən hərbi həbslərlə bağlı siyasətimizi nəzərdən keçirməsini tələb etdiyim əmr imzaladım. Konqresdən xahişim odur ki, İŞİD və Əl Qaidə ilə mübarizədə əlimizdə terrorçuların həbsi ilə bağlı lazımi vasitələri təmin etsin. Keçən il ərzində biz axmaqlıq edərək təhlükəli terrorçuları həbsdən azad etdik ki, onlarla yenidən döyüş meydanlarında üz-üzə gələk”.
ABŞ lideri Konqresdən xarici ölkələrə edilən yardımların ABŞ-ın maraqlarına uyğun gəlməsi haqqında qanun qəbul etməsini tələb edib:
“Keçən ay biz Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra BMT Baş Assambleyasında onlarla ölkə bu suveren haqqımıza qarşı səs verdi. Amerikanın vergi ödəyiciləri hər il bu ölkələrə milyardlarla dollar göndərirlər. Ona görə də mən bu gün Konqresdən xaricə göndərilən dollarların Amerikanın maraqlarına xidmət etməsi və yalnız Amerikanın dostlarına getməsi barədə qanun qəbul etməsini istəyirəm”.
Ağ Ev rəhbəri öz çıxışında İrandakı etiraz aksiyalarına da diqqət yetirib. O, ABŞ-ın İran xalqını azadlıq uğrunda apardığı mübarizəyə görə dəstəklədiyini bildirib:
“İran xalqı özünün korrupsiyalaşan diktaturasına qarşı qalxanda mən səssiz durmadım. Amerika İran xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir”.
Tramp çıxışı zamanı Rusiya və Çinin ABŞ-ın maraqlarına, iqtisadiyyatına və dəyərlərinə meydan oxuduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv