Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

Baş nazirdən yeni qərar: Bu şəxslər işə buraxılmayacaq

<b>Baş nazirdən yeni qərar: Bu şəxslər işə buraxılmayacaq</b>

Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaq

Report-un xəbərinə görə, bu, Azərbaycan Naziurlər Kabinetinin təsdiqlədiyi “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:
1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;
2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;
3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;
4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;
5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;
6. kəskin virus infeksiyaları;
7. kəskin bakterial infeksiyalar;
8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;
9. ruhi xəstəliklər;
10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);
11. ağıreşitmə.
Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv