Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
DÜNYA

Putin 200 təyyarə, yüz minlik ordu ilə... – Saakaşvili

<b>Putin 200 təyyarə, yüz minlik ordu ilə... – Saakaşvili</b>

Gürcüstan müharibəsi zamanı Corc Buş “Kreml hesabatı”na bənzər şəkildə Rusiya rəsmi şəxslərinə qarşı sanksiyalar hazırlamışdı

2018.01.30, 16:53
Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
“Bu hesabatı da Maliyyə Nazirliyi hazırlamışdı. O zaman bu siyahı sadəcə administrasiyada qalmışdı. İlk növbədə o zaman qlobal iqtisadi böhran var idi və bu, zəif administrasiya idi. Ona görə ki, o artıq səlahiyyətini bitirirdi. Digər tərəfdən Avropa da buna maraq göstərmirdi.
İndi isə artıq Avropa və Amerika arasında konsensus var. İndi həminki kimi neft qiymətləri yoxdur və bir çox faktorlar da göstərir ki, bu, çox doğru qərardır.
Putin bundan sonra çətin ki, dəyişsin. Burada söhbət başqa şeylərdən gedir. Siyahıda olan bütün insanlar rus elitası sayılır. Gələcəkdə Putin onlara zəng edib, Krıma hansısa ictimai tədbirə getməyi dəvət etsə, onlar müxtəlif bəhanələrlə bundan qaçacaqlar. Bu hələlik formal cəzadır. Onları hələ cəzalandırmırlar, amma adları siyahıdadır və istənilən vaxt cəzalana bilərlər. Onlar Putindən uzaqlaşacaqlar və Putin tədbirə tək gedəcək. Rusiya nə Şimali Koreya, nə İraq, nə də Liviyadır. Bu ölkə Qərbdən daha çox asılıdır. Bu adamların hamısının həyat rifahı, hesabları Qərbdədir. Putin indiyə qədər onları hər şeyin Rusiyada da olacağı, Moskvanın öz lobbisinin olduğu və hər şeyi yoluna qoyacağı ilə rahatlaşdırırdı. Putin Avropa ilə ABŞ arasındakı konsensusu dağıtmaq istədi, amma alınmadı. Sanksiyaların necə təsir göstərdiyini Rusiyada olanlar çox asanlıqla dəyərləndirə bilirlər. 2008-ci ildə Rusiya Gürcüstana kütləvi hücum etdi. Bizi 200 təyyarə bombalayırdı, bütün 58-ci ordu, 2000 hərbi texnika, yüzminlik şəxsi heyətlə üstümüzə göndərilmişdi. Xoşbəxtlikdən Ukrayanda belə şeylər olmadı. Bunun qarşısını alan səbəblərdən biri də sanksiyalardır”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv