Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

“Kremlin hesabatı”na düşən azərbaycanlı milyarder danışdı

<b>“Kremlin hesabatı”na düşən azərbaycanlı milyarder danışdı</b>

Vaşinqton Rusiya elitası arasında nifaq yaratmaq istəyir

Axar.az xəbər verir ki, bunu RBK-ya açıqlamasında əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədov söyləyib.
“Rusiya elitasında qorxu, qeyri-müəyyənlik və hakimiyyətdən narazılıq hissi yaratmaq istəyirlər. Niyə Rusiyanın böyük biznesinin hamısı ABŞ-ın düşməni elan edilir? Kim bunu məsləhət görüb? Bu bir müddət əvvəl totalitar olan ölkəni iqtisadi azadlıqlara təşviq etməkdir? Absurddur!”
Onun sözlərinə görə, rus biznesinin artıq öz səsi olmalıdır:
“Rusiya oliqarxlarının siyahısına “Forbes”in sərvətimi 1 milyard dollar hesab etdiyinə görə düşmüşəm. Bu, sadəcə olaraq, şərtidir. Bu siyahıda yalnız dediyim kriteriyaya görə yer almışam. Kimin sərvəti 1 milyarddan az olub, onu dərhal Kreml əleyhdarı kimi tanıyıblar”.
Qeyd edək ki, dünən ABŞ-ın yayımladığı “Kreml hesabatı”na azərbaycanlı 5 milyarderin adı düşüb: Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyev.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv