Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

İrəvan İraqda Ermənistan pasportları paylayır

<b>İrəvan İraqda Ermənistan pasportları paylayır</b>

Ermənistanın İraqdakı səfirliyi bu ölkədə erməni pasportlarının paylanılmasına başlayıb

Axar.az xəbər verir ki, bu barədə informasiya səfirliyin Feysbuk səhifəsində yer alıb. Belə ki, səfirlik İraq Kürd Muxtariyyətinin Dxok şəhərində yaşayan erməni Yerevan Aminyana Ermənistan pasportu verib. Aminyana pasportun verilməsi anının fotosu Feysbuk səhifəsində yerləşdirilib.
Qeyd edək ki, İrəvan İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu keçirməsi qərarından az sonra onunla əlaqələrini sıxlaşdırıb. Nəticədə Ermənistandan Ərbilə həyata keçirilən aviareyslərin intensivliyi artırılıb. Erməni deputat Samvel Aleksanyan isə kürd bölgələrinə yatırıma başlayıb.
Ermənistan həmçinin İraq Kürd Muxtariyyətindən ölkəyə kütləvi şəkildə ermənilər və yezidi kürdlərin köçünü həyata keçirib. Buna əsas bəhanə kimi isə İraqda bu xalqlara qarşı İŞİD təhdidinin olması göstərilib. İrəvan bunun hesabına Qərbdən müxtəlif qrantlar almağa çalışsa da, nail ola bilməyib.
İrəvan həmçinin buradan və Suriyadan köçürdüyü erməni və kürdlərin bir hissəsini Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində yerləşdirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv