Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SOSİAL

Fevralın ilk günü hava necə olacaq?

<b>Fevralın ilk günü hava necə olacaq?</b>

Fevralın 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv