Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
DÜNYA

Avropa Birliyi 6 ölkəyə üzvlük təklifi edəcək – Səbəb

<b>Avropa Birliyi 6 ölkəyə üzvlük təklifi edəcək – Səbəb</b>

Avropa Birliyi eyni anda Balkan yarımadasının altı ölkəsinə təşkilata üzvlük təklif etmək niyyətindədir

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti yayıb. AB-nin bununla Rusiyanın yarımadadakı təsiri və miqrasiya böhranı ilə mübarizə aparmağı planlaşdırdığı iddia edilir.
AB-nin Albaniya, Serbiya, Monteneqro, Kosova, Makedoniya və Bosniya Herseqovinaya təklif yollayacağı vurğulanıb:
“Avropanı qorxudan əsas məsələ Moskvanın regionda təsirini artırmağa başlamasıdır. Rusiya AB-nin verdiyi vədləri yerinə yetirməməsinə cavab olaraq, özünü region ölkələrinə alternativ kimi təqdim edir. Genişlənmək haqqında plan həmçinin Avropa Komissiyasının da sənədlərində yer alıb. AB bu ölkələri 2025-ci ilə qədər sıralarına daxil etmək istəyir. Amma bu tarix daha çox motivasiya üçün stimul xarakteri daşıyır. AB-nın sırasına daxil etmək istədiyi altı ölkədən yalnız ikisi - Serbiya və Monteneqro təşkilata üzvlüklə bağlı danışıqlara başlayıblar”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv